• İQTİSADİYYAT

    10:16 5 fevral 2021

Azərbaycanın daha 28 müəssisəsi Rusiyaya alma ixrac etməyə icazə verilib

Rusiyanı Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") 8 fevral tarixindən etibarən Azərbaycanın 28 müəssisəsinə Rusiyaya alma tədarükünə qoyulan məhdudiyyətləri ləğv edir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Rosselxoznadzor"un açıqlamasında deyilir.

Bundan əvvəl sözügedən icazə Azərbaycanın 10 müəssisəsinə verilmişdi. Beləliklə, hazırda 38 Azərbaycan şirkətinin Rusiyaya alma ixrac etməyə icazəsi mövcuddur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR