• İQTİSADİYYAT

    11:34 12 aprel 2019

Azərbaycanın daha bir dövlət qurumu startapları dəstəkləyəcək

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda ilk dəfə olaraq “Venture Battle hackathon” startap təşəbbüsə start verilir. Bunu ONA-ya “Horizon Next” şirkətinin rəhbəri Rəşid Əliyev deyib.

Onun sözlərinə görə, söhbət 2 gün davam edəcək müsabiqədən gedir ki, yekunda 2 qalib seçiləcək.

“Tədbirin təşkilatçısı “Sosial Innovation Lab” innovasiya mərkəzidir. Müsabiqəyə qatılmaq üçün 130-a yaxın iştirakçı qeydiyyatdan keçib. Qalib layihələr “Creative Business Cup” beynəlxalq müsabiqənin finalına birbaşa vəsiqə qazanacaq. Ondan sonra isə layihələrin davamı olaraq şirkətlər yaradılacaq”, - deyə R. Əliyev bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR