Azərbaycanın dövlət borcunun ümumi məbləği bəlli olub.
ONA-nın məlumatına görə, ““2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib ki, 2019-cu ilin 1 yanvar tarixinə dövlət borcunun ümumi məbləği 16 496,2 milyon manat olub. Bu, 2018-ci il üzrə ÜDM-ə nisbəti 20,7 faiz, adambaşına düşən borc isə manat ifadəsi ilə 1 653, 9 manat təşkil edib.
Ümumi dövlət borcunun məbləğinin 15 176 milyon manatı (92 faizi) xarici dövlət borcuna, 1 320,2 milyon manatı isə (8 faizi) daxili dövlət borcuna aid olub.
““2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi” Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.