Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinə 8 999,3 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,1% çoxdur.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə büdcədən 9 426,1 mln. manat vəsait xərclənib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 24,1% çoxdur.
Hesabat dövründə büdcənin icrasında 426,8 mln. manatlıq kəsir yaranıb.