• İQTİSADİYYAT

    15:33 1 mart 2019

Azərbaycanın ən çox mal ixrac edən şirkətlərinin ilk onluğu açıqlanıb

“İxrac İcmalı”nın fevral sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi də verilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ONA-ya verilən məlumata görə, bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda "MKT İstehsalat Kommersiya" MMC, "TST Export" MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi, “Socar Polymer” MMC, “Garden Store" MMC, "Vorld Trade" MMC, "Baku Steel Company" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, “Azhazelnut” MMC, “Sun Food” MMC təmsil olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ONA-ya verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə 8 şirkət fərqlənib. Bunlar ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Azəripək" MMC, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC-dir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR