• İQTİSADİYYAT

    15:54 18 mart 2019

Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə müəyyənləşib

Bu ilin ilk iki ayı ərzində Azərbaycan ən çox məhsul idxal etdiyi ölkə İsveçrə olub. ONA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İsveçrədən cari ilin iki ayı ərzində idxal olunan məhsulların ümumi dəyəri 275 milyon ABŞ dollarından çox olub.

Məlumat üçün bildirək ki, ötən ilin analoji dövründə İsveçrə Azərbaycanın mal idxal etdiyi ölkələr arasında 12-ci pillədə qərarlaşmışdı.

Ötən ilin ilk iki ayı ərzində Azərbaycana ən çox məhsul Rusiyadan idxal olunub.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR