Azərbaycanın Gürcüstana ixrac etdiyi neft məhsullarının həcmi artıb
  • İQTİSADİYYAT

  • 12:37 20 May 2019

Azərbaycanın Gürcüstana ixrac etdiyi neft məhsullarının həcmi artıb

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana ixrac edilən neft və neft məhsullarının həcmi artıb.

ONA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Ofisi məlumat yayıb. Bildirilib ki, cari ilin ilk dörd ayı ərzində Azərbaycandan  Gürcüstana 34 milyon 210 min 100 dollar dəyərində  62 milyon 102 min 200 ton neft və neft məhsulları ixrac edilib. Ötən ilin analoji dövründə bu ölkəyə  30 milyon 925 min 500 dollar dəyərində 52 milyon 936 min 6 00 ton məhsul  ixrac olunub.

Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmində də artım olub. Cari ilin yanvar-aprel aylarında ixrac edilən elektrik enerjisi 26 milyon 261 min 800 dollar dəyərində olub. Bu ötən illə müqayisədə 1 milyon 396 min 300 dollar çoxdur.

Gürcüstandan Azərbaycana ixrac edilən tütün məmulatlarının həcmində isə azalma olub. 2019-cu ilin ilk dörd ayı ərzində bu ölkədən Azərbaycana 15 milyon 95 min 700 dollar dəyərində 735 ton 600 kq tütün məmulatları ixrac edilib. Ötən il isə bu rəqəm 1 kiloton 204 ton 300  kq olub.

Gürcüstandan Azərbaycana ixrac edilən avtomobil ehtiyat hissələrinin həcminin isə artdığı bildirilir.

Ümumilikdə yanvar-aprel aylarında Gürcüstan Azərbaycana 126 milyon 337 min 8 00 dollar, Azərbaycan isə Gürcüstana 235 milyon 802 min 200 dollar həcmində məhsul ixrac edib.

Səid Babazadə

Teqlər: Gürcüstan neft statistika

OXŞAR XƏBƏRLƏR