Xarici dövlətlərə verilmiş kreditlər üzrə dövlət büdcəsinə daxilolmalar üzrə 2018-ci ilin dövlət büdcəsində 68,529 mln. manat (Gürcüstan Respublikasından 2,264 mln. manat və Serbiya Respublikasından 66.265 mln. manat) proqnoz məbləği müəyyən edilib.
ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.
Bu mənbə üzrə 2018-ci ildə dövlət büdcəsinə 69 777,1 min manat vəsait daxil olub. Bu da müvafiq proqnoz göstəricisindən 1 248,1 min manat və ya 1,8% çox olub. Serbiyaya kreditin bir hissəsi Təminat Fondundan verildiyindən, müvafiq kredit üzrə geri ödənilmiş 67 577,3 min manat ekvivalentində məbləğ Təminat Fondunun daxilolmalarına aid edilib.