Bu ilin I rübü ərzində Azərbaycanda real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin 3,3 dəfə artmasına səbəb olub.
Maliyyə Bazarlarına Nəzarət Palatasında ONA-ya verilən məlumata görə, əlavə olaraq korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 12 dəfə artaraq 444 mln. manata çatıb.
Ümumilikdə, ölkənin korporativ qiymətli kağızlarının ilkin bazarında 37% artım müşahidə olunub.