Bu ilin yanvar-aprel ayarı ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 1 357 175,14 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,5% çoxdur.
ONA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,3% artaraq 334 266,05 min dollar, idxal isə 19,2% artaraq 1 017 909,09 min dollar təşkil edib.
Cari ilin yanvar-aprel aylarında 683 643,04 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 30,5% çoxdur.