• İQTİSADİYYAT

    10:15 18 may 2019

Azərbaycanın metallurgiya sənayesində məhsul istehsalı 4,8% artıb

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-aprel aylarında 224,8 milyon manatlıq məhsul istehsal olunub.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 4,8% artım, metallurgiya sənayesində 16,7% azalma müşahidə olunub. Dövr ərzində sahə üzrə 4 418,1 ton (72,6% çox) qara metallardan sair konstruksiyalar, 13,1 min ton (17,1% çox) emal edilməmiş alüminium ərintiləri istehsal edilib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR