• İQTİSADİYYAT

    10:12 4 aprel 2019

Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçən saytların sayı artıb

Azərbaycanın milli domen zonasında (".az") 31 885 internet resursu qeydə alınıb. ONA-nın WHOIS portalına istinadən verdiyi məlumata görə, ilin əvvəlindən ".az" domenində qeydiyyatdan keçən saytların sayı 2,1% artıb. Qeydə alınmış saytların ümumi sayının 29 713-ü birinci səviyyəli domen zonasında aiddir ki, bu da cari ilin əvvəlində olan göstəricini 9,6% üstələyir.

Ən məşhur ikinci səviyyəli domen “.com.az”dır. Bu domendə 1 616 sayt qeydiyyatdan keçib. Bu göstərici üzrə ilin əvvəlindən 24,6% azalma müşahidə olunub.

Populyarlığa görə üçüncü yerdə isə “.edu.az” domeni qərarlaşıb. Bu domendə 431 sayt qeydiyyatdan keçib ki, bu da cari ilin əvvəlində olan göstəricini 17,4% üstələyir.

Digər domen zonalarında qeydiyyatdan keçmiş saytların pay bölgüsü:

Domen

Qeydiyyatdan keçmiş saytlar

pro.az

1

name.az

12

biz.az

25

pp.az

26

int.az

31

net.az

83

info.az

99

co.az

107

org.az

139

Qeyd edək ki, “.az” milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domeninin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR