• İQTİSADİYYAT

    15:30 10 aprel 2019

Azərbaycanın mobil operatoru “MEGOGO” ilə əməkdaşlıq sazişi imzalayıb

Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti “MEGOGO” video-servisi ilə əməkdaşlıq sazişi imzalayıb. ONA-nın məlumatına görə, bunu yeni xidmətin təqdimatında “Bakcell” şirkətinin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova deyib.

Onun sözlərinə görə, bu saziş çərçivəsində “Bakcell” abunəçiləri “MEGOGO” əlavəsi üzərindən videoməzmuna baxmaq imkanı əldə edəcəklər.

"Məhsul kommersiya istifadəsinə hələ verilməyib, lakin kifayət qədər çoxlu sayda “Bakcell” abunəçisi xidmətdən artıq istifadə etməyə başlayıb", - deyə S. Cəfərova qeyd edib.

“Bakcell” abunəçiləri bu xidmətdən seçdiyi tarif paketindən asılı olaraq 6 və ya 12 ay müddətində pulsuz istifadə edə biləcək. Bundan sonra xidmət üçün aylıq abunə haqqı 3 manat təşkil edəcək.

Qeyd edək ki, “MEGOGO” Şərqi Avropada onlayn rejimdə video və TV izləmək üçün ən böyük videoxidmətdir. MDB ölkələrində xidmətin aylıq auditoriyası 40 mln. istifadəçi təşkil edir. Resurs kataloqu 77 mindən artıq videodan ibarətdir. Videoların əksəriyyətini bədii filmlər, seriallar, cizgi filmləri, televiziya şouları, konsert, musiqili videolar, həmçinin xəbər proqramları təşkil edir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR