• İQTİSADİYYAT

    10:33 18 may 2019

Azərbaycanın nəqliyyat sektorunda yük daşımalarının həcmi artıb

2019-cu ilin yanvar-aprel ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 69,4 milyon ton yük daşınıb.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1% artıb. Yüklərin 3,1%-i dəniz, 6,7 %-i dəmir yolu, 0,1 %-i hava, 61,2 %-i avtomobil nəqliyyatı, 28,9 %-i isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 2,4 %-i artmış, daşınan yüklərin ümumi həcmində onların xüsusi çəkisi 79,9 %-i təşkil edib. 2019-cu ilin yanvar-aprel aylarında nəqliyyatçılar 628,8 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 %-i çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,5 %-i avtomobil nəqliyyatı, 12,3 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR