Bu ilin yanvar-fevral aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,3% artaraq 2 984,6 mln. manat təşkil edib.
ONA-nın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 1 371,7 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4% artaraq 1 612,9 mln. manata bərabər olub.
Hesabat ayında istehlak məhsullarının 28%-i hüquqi şəxs statuslu müəssisələrdə, 57,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,6%-i isə paytaxtın məhsul bazarlarında satılıb.