• İQTİSADİYYAT

    15:43 1 mart 2019

Azərbaycanın peyk telekommunikasiya xidmətləri ixracından gəlirləri 2,6 dəfə artıb

Bu ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ONA-ya verilən məlumata görə, cari ilin ilk ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 1,1 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Beləliklə, 2018-ci ilin yanvar ayı ilə müqayisədə “Azərkosmos” ASC-nin xidmət ixracı 2,6 dəfə artıb.

“Azərkosmos” ASC-nin 2018-ci ilin yanvar ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Nigeriya, Almaniya və Gürcüstandır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR