Yenilənmiş proqnozlara görə, bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çataraq 2,6 mlrd. ABŞ dollarını ötəcək.
"APA-Economics"in xəbərinə görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.
Nazir qeyd edib ki, dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində səylər davam etdirilir.