• İQTİSADİYYAT

    11:57 13 may 2019

Azərbaycanın strateji valyuta ehtiyatları 4% artıb

Bu ilin birinci rübündə Azərbaycanın strateji valyuta ehtiyatları 46,7 mlrd. ABŞ dolları tәşkil edib.

ONA-nın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkənin strateji valyuta ehtiyatlarının həcmi 32 aylıq mal vә xidmәt idxalına kifayәt edib.

Qeyd edək ki, ötən ilin sonuna ölkənin valyuta ehtiyatlarının həcmi 44,9 mlrd. dollar olub. Bu ilin aprelin 1-nə olan göstərici ötən ilin sonu ilə müqayisədə 4% artıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR