• İQTİSADİYYAT

    18:22 18 iyun 2021

Azərbaycanın strateji valyuta ehtiyatları 52,3 milyard dollara çatıb

Profisitli tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən bəri 2,8% (1,5 mlrd. ABŞ dolları) artaraq 52,3 mlrd. ABŞ dolları səviyyəsinə yüksəlib.

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.

Qeyd edək ki, Asiya İnkişaf Bankının yenilənmiş proqnozlarına əsasən, bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 0,4% artaraq 50,1 mlrd. dollara çatacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR