Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan məhsulları 2-5 aprel tarixlərində Moskvada keçiriləcək “MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisində nümayiş olunacaq.
Nazirlikdən ONA-ya verilən məlumata görə, sərgidə 10 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edəcək. Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq.