Azərbaycan Energetika Nazirliyi qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatını araşdırır.
ONA-nın Tender Komissiyasına istinadən verdiyi məlumata görə, Nazirlik texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması, müvafiq təkliflərin hazırlanmasına dair iş və xidmətlərin satın alınmasına dair tender elan edib.
Tenderdə iştirak etmək üçün sənədlər 8 may, tender təklifləri isə 21 may 2019 il tarixinədək, saat 12:00-a qədər təqdim edilməlidir. İddiaçıların təklifləri 22 may 2019 il tarixində saat 16:00-da Energetika Nazirliyində açılacaq.