• İQTİSADİYYAT

    12:55 15 mart 2019

Azərbaycanın valyuta ehtiyatları 46,6 mlrd. dollara çatıb

Cari ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 4,1% artaraq 46,6 mlrd. ABŞ dollarına çatıb. ONA-nın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, tədiyyə balansının profisitlə formalaşdığını göstərir.

“Xarici mühit əlverişli olaraq qalır. İlkin məlumatlara görə, yanvar-fevral aylarında xarici ticarət balansında 986,3 mln. dollar məbləğində müsbət saldo yaranıb. İxrac 42,6%, o cümlədən qeyri-neft ixracı 16,4% artıb. Son aylarda dünya bazarlarında əmtəə qiymətləri artım meyilli olub. 2019-cu ilin yanvar-fevral aylarında neftin dünya qiyməti orta hesabla 62 ABŞ dolları təşkil edib. Neftin qiyməti ilin əvvəlindən 26% (14 ABŞ dolları) artıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri indeksi yanvar-fevral ayları ərzində 3,4% yüksəlsə də, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% aşağıdır”, - deyə AMB-nin məlumatında deyilir.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR