• İQTİSADİYYAT

    10:43 3 aprel 2019

Azərbaycanın xarici turizm nümayəndəlikləri Bakıda görüşəcək

Aprelin 5-də Bakıda Azərbaycanın altı ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş keçiriləcək.

ONA-nın Azərbaycan Turizm Agentliyinə istinadən verdiyi məlumatına görə, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçiriləcək tədbirin əsas məqsədi yerli turizm sənayesinin iştirakçılarını nümayəndəlik ofislərinin fəaliyyəti ilə tanış etmək, qarşılıqlı əməkdaşlıq imkanları haqqında məlumat verməkdir. Səyahət agentlikləri, tur operator və hotellərin nümayəndələrinin iştirak edəcəyi tədbirdə nümayəndəliklərin yerləşdikləri ölkələr üzrə fəaliyyətləri və strategiyaları haqqında təqdimat keçiriləcək.

Tədbir çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, 2018-ci ilin dekabrından Frankfurt, Dubay, Ər-Riyad, Pekin, Mumbay və Moskva şəhərlərində fəaliyyətə başlayan nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR