• İQTİSADİYYAT

    18:02 16 may 2019

Azərbaycanla İran arasında İKT sahəsində əməkdaşlıq üzrə müzakirələr aparılıb

Azərbaycanla İran arasında İKT üzrə işçi qrupunun iclası başa çatıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONA-ya verilən məlumata görə, mayın 15-də Bakı şəhərində işə başlayan ikigünlük iclasa Azərbaycan tərəfindən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, İran tərəfindən rabitə və informasiya texnologiyaları nazirinin müavini, Rabitə Tənzimləmə Qurumunun prezidenti Hüseyn Fallah Çoşaqani rəhbərlik edib.

İclas çərçivəsində iki ölkə arasında radio-televiziya yayımı, radiotezliklərin idarə olunması, rabitə infrastrukturu, poçt xidmətləri, startaplar, peyk xidmətləri və elektron təhlükəsizlik sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda müzakirə olunan məsələlərin yekunlarına dair Protokol imzalanıb.

İşçi qrupunun birinci iclası 2017-ci ilin yanvarında Tehranda baş tutub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR