• İQTİSADİYYAT

    18:15 15 dekabr 2020

Azərbaycanla Türkiyə arasında yeni qaz xəttinin tikintisinə dair memorandum imzalanıb

Ankarada "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair anlaşma memorandumu" imzalanıb.

APA xəbər verir ki, sənəd Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz tərəfindən imzalanıb.

Hər iki nazir Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin dinamikasından, həmçinin energetika sahəsində əməkdaşlığın böyük nəticələrindən, imzalanan sənədin tarixi əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, təbii qazın Türkiyənin İğdır vilayətindən Naxçıvan Muxtar Respublikasına nəqli üçün yeni boru kəməri inşa ediləcək. Layihəni SOCAR və Türkiyənin “BOTAŞ” şirkəti həyata keçirəcək. Kəmərin uzunluğu 85 km, illik nəqletmə gücü isə 500 mln. kubmetr təşkil edəcək.

Türkiyə-Naxçıvan kəmərinə qaz TANAP-dan ötürüləcək.

Xatırladaq ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR