• İQTİSADİYYAT

    13:46 19 avqust 2020

Azərbaycanlı Rusiyada şirkət prezidenti təyin edilib

Rusiya Federasiyasının Rabitə və Kütləvi İnformasiya nazirinin keçmiş müavini Rəşid İsmayılov "VimpelCom"un ("Beeline" brendi) prezidenti seçilib.

APA-Economics” “TASS”a istinadən xəbər verir ki, R. İsmayılov 2023-cü ilin avqust ayına qədər üç illik müqavilə imzalayıb.

O, 2014-cü ildən 2018-ci ilə qədər rabitə nazirinin müavini olub, daha sonra Rusiyada "Nokia" şirkətinin baş direktoru vəzifəsində çalışıb. 2019-cu ildən etibarən Runet Davamlı İstismar Qanunu çərçivəsində trafik filtrləmə sistemlərini tətbiq edən “Məlumatların İşlənməsi və Avtomatlaşdırılması Mərkəzi”nə rəhbərlik edib.

Qeyd edək ki, Rəşid İsmayılov 2014-2018-ci illərdə Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiya nazirinin müavini vəzifəsində çalışıb. Nazir müavini vəzifəsindən gedəndən sonra R. İsmayılov Rusiyanın yüksək texnologiyalar sektoruna daxil olan müxtəlif şirkətlərdə top-menecer vəzifələrini tutub.

R. İsmayılov Lomonosov adına Moskva Dövlət Universitetinin tarix və Moskva Dövlət Politexnik Universitetinin İqtisadiyyat və idarəetmə fakültələrini bitirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR