Bakı Ali Neft Məktəbinin (BANM) 21 tələbəsi “SOCAR Türkiyə”də təcrübə keçəcək.
BANM-dan ONA-ya verilən məlumata görə, şirkətin apardığı seçim prosesi nəticəsində Ali Məktəbin Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr Türkiyədə “Star” neft emalı zavodunda iki aylıq təcrübə keçəcək.
Təcrübə müddətində tələbələr zavodun fəaliyyəti, əməliyyatları və digər texniki prosesləri ilə yaxından tanış olacaq, bununla da təhsil müddətində əldə etdikləri nəzəri bilikləri praktik baxımdan daha da gücləndirtək imkanı əldə edəcəklər.