• İQTİSADİYYAT

    18:24 27 mart 2019

"Azercell" ötən ili mənfəətlə başa vurub

"Azercell Telecom" şirkətinin 2018-ci ildə xalis mənfəəti 100,235 mln. manat təşkil edib.

ONA-nın şirkətin konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatına istinadən verdiyi məlumata görə, ötən il ərzində şirkətin mənfəət vergisindən əvvəl mənfəəti 2,805 mln. manatdan 135,733 mln. manatadək artıb.

Mobil operatorun gəlirləri ötən il 421,193 mln. manat təşkil edib. Bu göstərici 2017-ci illə müqayisədə 2,4% artıb.

Şirkətin ümumi xərcləri 2018-ci ildə 72% azalaraq 286,206 mln. manat təşkil edib.

"Azercell Telecom"un uzunmüddətli aktivləri 2018-ci ildə 440,210 mln. manatdan 460,868 mln. manatadək, qısamüddətli aktivləri isə 2017-ci ilin göstəricisi ilə müqayisədə 476,142 mln. manatdan 571,015 mln. manatadək artıb.

Nəticədə, şirkətin ümumi aktivləri ötən il ərzində 916,352 mln. manatdan 1 031,883 mln. manatadək artıb.
Bundan başqa, operatorun öhdəlikləri 87,614 mln. manatdan (2017-ci ildə) 97,116 mln. manatadək artıb.

"Azercell Telecom" cəmi kapitalı 12,8% artaraq 2018-ci ilin sonuna 934,767 mln. manat təşkil edib. Operatorun səhmdar kapitalı isə dəyişməyərək 42,080 mln. manat səviyyəsində qalıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR