• İQTİSADİYYAT

    19:02 27 may 2019

"Azercell" abunəçilərinə xəbərdarlıq edib

"Azərbaycan mobil rabitə operatorunun şəbəkəsinə müxtəlif ölkələrdən spam xarakteri daşıyan zənglərin, şübhəli məzmunlu SMS-lərin gəlməsi halı müşahidə olunur". Bu barədə ONA-ya "Azercell"dən deyiblər.

Bildirib ki, belə hallar şirkətdən qaynaqlanmayan səbəblərdən irəli gəlir.

"Mobil dələduzluq hallarının əlavə vəsait itkisinə səbəb ola bilmə ehtimalını nəzərə alıb, abunəçilərimizə bu zənglərə, SMS-lərə geri dönüş etməməyi tövsiyə edirik", - deyə şirkətdən qeyd ediblər.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR