Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti danışıq və internet istifadəsini daha da əlçatan edən yenilənmiş "GəncOl" tarif paketini abunəçilərin istifadəsinə verib.
Şirkətdən ONA-ya verilən məlumata görə, "Sim-Sim" abunəçiləri yeni həftəlik "GəncOl2" və aylıq "GəncOl6"/"GəncOl9" tarif paketlərinin üstünlüklərindən faydalanma fürsətini əldə edirlər. Beləliklə, abunəçilər "GəncOl2" tarif paketi çərçivəsində həftədə cəmi 2 manat ödəməklə 750 MB internet və "GəncOl" abunəçiləri arasında danışıq üçün 75 dəqiqə, "GəncOl6" tarif paketi çərçivəsində ayda 6 manat ödəməklə 3GB həcmində internet paket və "GəncOl" abunəçiləri arasında danışıq üçün 300 dəqiqə, "GəncOl9" tarif paketi çərçivəsində isə ayda 9 manata 6 GB həcmində internet paket və "GəncOl" abunəçiləri arasında danışıq üçün 600 dəqiqədən yararlana bilərlər.
Əlavə olaraq, "GəncOl2" və "GəncOl6" tariflərinin istifadəçiləri "Whatsapp", "GəncOl9" abunəçiləri isə "Whatsapp", "Facebook Messenger", "Telegram", "Viber" və "Twitter" mobil tədbiqləri vasitəsilə ödənişsiz mətn mesajları göndərmək imkanına malikdirlər. "GəncOl2", "GəncOl6" və ya "GəncOl9" tarif paketlərini aktivləşdirmək üçün müvafiq olaraq G2, G6 və ya G9 açar sözlərini 7575 qısa nömrəsinə göndərmək kifayətdir.