05.03.2024-cü il tarixində “Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən Cəlilabad rayonunun bəzi ərazilərində mobil rabitə xidmətlərindən istifadə zamanı abunəçilərin müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür.
Azercell-dən ONA-ya verilən açıqlamada bildirilib ki, yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, həmin ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber optik kabelin zədələnmiş hissələrinin bərpa edilməsi üçün texniki komandamız tərəfindən təcili tədbirlər görülür.
Xidmətlərdən tam normal əsaslarla istifadə imkanı tez bir zamanda təmin ediləcək.