Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telekom" şirkətinin şəbəkəsi üzrə hazırda təkmilləşdirmə işləri aparılır.
Bu barədə "APA-Economics"ə "Azercell"dən bildirib.
Qeyd olunub ki, bu səbəbdən Azərbaycanın bəzi bölgələrində zənglərin həyata keçirilməsində və bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin olması mümkündür.
"Təkmilləşdirmə işləri ən qısa zamanda yekunlaşdırıldıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi təmin ediləcək", - şirkətdən bildirilib.
***
15:48
Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telekom" şirkətinin şəbəkəsində günortadan sonra yaranan texniki problemlər yaxın vaxtlarda aradan qaldırılacaq.
Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib.
Yaranan problemlər səbəbindən bəzi abunəçilər səs xidmətlərindən istifadədə məhdudiyyətlərlə qarşılaşıblar.
"Hazırda texniki problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır. Yaxın vaxtlarda nasazlıq tamamilə aradan qaldırılacaq", - şirkətdən bildirilib.