• İQTİSADİYYAT

    15:07 20 aprel 2019

"Azercell"in dəstəyi ilə “TechCentrum” “Data Science” üzrə 3 aylıq təlimlərə başlayıb

“Azercell Telekom”un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İT sahəsinə olan marağı, eyni zamanda mütəxəssislərin azlığını nəzərə alaraq, az-təminatlı və tədrisə yetərli büdcəsi olmayan seçilmiş tələbələr üçün “TechCentrum” platformasının təşkilatçılığı ilə “Data Science” təlimlərinə başlayıb.

“Azercell Telekom”dan ONA-ya verilən məlumata görə, təlimlər həftədə 2 dəfə olmaqla, 90 dəqiqə ərzində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçirilir. Təlimçi Kamil Ələsgərov tərəfindən keçirilən sessiyalar 3 aya qədər davam edəcək. Təlimlərdə təsviredici və inferensial statistikanın, riyazi analiz və xətti cəbrin ümumi təkrarı, komanda sətri (cmd) ilə işləməyin əsasları, verilənlər bazaları, SQL DML ilə tanışlıq, Python, R və OOP, data strukturları, datanın daxil edilməsi, təmizləməsi, formatın uyğunlaşdırılması, mövcud olmayan (missing) məlumatlara yanaşma və bir sıra digər vacib mövzular əhatə olunacaq.

Qeyd edək ki, “TechCentrum” İnkişafda olan Texnologiyalar sahəsində təhsil, karyera və inkişaf imkanlarının mübadiləsi məqsədilə yaradılmış platformadır. Üç aylıq fəaliyyəti nəticəsində “TechCentrum” platforması 700-dən çox iştirakçıya “Data Science” və “Data Engineering”, “Cpython”, “Data Products Management” üzrə təlimlər və vebinarlar təşkil edib, Facebook kimi böyük Tech şirkətlərində İT üzrə iş imkanları, təhsil, təcrübə və yay məktəbləri ilə bağlı informasiya mübadiləsi həyata keçirib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR