• İQTİSADİYYAT

    15:13 3 may 2019

"Azercell" yeni smartfon kampaniyasına start verib

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti müştərilərinin istifadəsinə yazın ən sərfəli fürsəti olan yeni smartfon kampaniyasını təqdim edir.

Şirkətdən ONA-ya verilən məlumata görə, abunəçilər üçün ən son texnologiyaları dəstəkləyən smartfonları daha da əlçatan etmək məqsədilə iyun ayının 20-dək "Azercell"dən "Xiaomi" smartfonu alan hər müştəriyə xüsusi hədiyyələr təqdim edilir. Belə ki, "Xiaomi" smartfonunu əldə edən "Azercell"in bütün fakturasız xətt abunəçilərinə ödənilən məbləğin 150 manatadək dəyəri keşbək olaraq 6 ay ərzində hissə-hissə nömrənin balansına qaytarılır. "Azercell"in fakturalı xətt abunəçilərinə isə "Xiaomi" smartfonu aldıqda, 6 ay ərzində aylıq 10 GB həcmində mobil internet paketi nömrənin balansına hədiyyə olunur.

Ətraflı: https://www.azercell.com/az/personal/campaigns/monthly/xiaomi/.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR