Azərbaycan mobil rabitə operatoru "Azercell Telekom" şirkəti Ramazan bayramı ərəfəsində müştəriləri üçün yeni kampaniya keçirir.
Şirkətdən ONA-ya verilən məlumata görə, mayın 31-dən etibarən iyunun 6-dək fakturasız xətt abunəçiləri 5005 qısa nömrəsinə “BAYRAM” açar sözünü göndərib, balansına 5 manat və daha çox vəsait yükləyərək, eyni məbləğdə bonus qazanacaq. Ödəniş üsulundan asılı olmayaraq, 5/10/25/50/100 manat dəyərində yüklənişlərə təqdim edilən bonus şəbəkədaxili zənglər üçün nəzərdə tutulub.