• İQTİSADİYYAT

    10:12 1 aprel 2019

"Azercell" rouminqdə internet tariflərini artırır

Bu ilin mayın 1-dən etibarən "Azercell Telekom" şirkətinin həm fakturalı, həm də fakturasız (Sim-Sim) xətt sistemlərinə aid nömrələrdə rouminq xidmətində internetdən istifadəyə görə rouminq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları tətbiq ediləcək.

ONA-nın şirkətin yaydığı xəbərə istinadən verdiyi məlumata görə, mayın 1-dən etibarən Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və Özbəkistan mobil operatorların şəbəkəsində istifadə edilən mobil internetin hər bir meqabaytına görə 3,5 manat xidmət haqqı tətbiq ediləcək.

Qeyd edək ki hazırda bu tarif 2,2 manat təşkil edir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR