• İQTİSADİYYAT

    10:14 12 aprel 2019

"Azercell" TİBO-2019 beynəlxalq sərgi-forumunda iştirak edir

Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell" şirkəti Azərbaycan nümayəndə heyətinin tərkibində Belarusda keçirilən 26-cı Telekommunikasiya, Rabitə, Təhlükəsizlik və İnformasiya Texnologiyaları üzrə ixtisaslaşdırılmış beynəlxalq TİBO-2019 sərgi-forumuna qatılıb.

Şirkətdən ONA-ya verilən məlumata görə, Azərbaycanın dövlət qurumları və özəl şirkətlərinin 15-ə yaxın təmsilçisinin daxil olduğu nümayəndə heyətinə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rəhbərlik edib.
16 ölkədən 100 şirkətin nümayəndəsinin qatıldığı forum MDB və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur.

"Azercell" nümayəndələrinin də iştirak etdiyi bu sərgi texniki və biznes imkanlarını genişləndirmək üçün yeni əməkdaşlıqlar qurmaq, ən son texnoloji trendlərin müasir cəmiyyət həyatına sirayət edilməsi mövzusunda maraqlı təcrübələrdən bəhrələnmək baxımından böyük əhəmiyyət kəsb edir.

TİBO-2019 sərgi-forumunda Azərbaycan Milli Pavilyonla təmsil olunur. Pavilyonda ölkənin İKT sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir. Azərbaycan pavilyonu “Ən Yaxşı Stend” kimi təltif edilib.

Rəqəmli aləmin yeniliklərini abunəçilər üçün əlçatan etməyi hədəfləyən "Azercell" beynəlxalq təcrübələrdən bəhrələnərək bu istiqamətdə fəaliyyətini daha da təkmilləşdirəcək.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR