• İQTİSADİYYAT

    15:36 7 may 2019

"Azercell" yeni təcrübə proqramını elan edib

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkəti yeni "Azercell-Lab" ödənişli təcrübə proqramını elan edib.

Şirkətdən ONA-ya verilən məlumata görə, "Azercell- Lab" inkubasiya mərkəzi tələbələrə 2 fərqli istiqamətdə seçim etmək imkanı təklif edir: "It-lab" və "Biznes-lab". Beləliklə, iyul ayının 1-dən başlayaraq Azercell bakalavr və magistr tələbələri, həmçinin bakalavr və magistr dərəcələrində ali təhsillərini artıq tamamlamış gənclər üçün "It-lab" və "Biznes-lab" təcrübə proqramlarına qoşulmaq üçün unikal imkan yaradır. "Azercell"in "İt-lab" və "Biznes-lab" inkubasiya mərkəzləri tələbələrə fərdi inkişaf və peşəkar mühitdə karyera qurmaq imkanları, şirkət tərəfindən həyata keçirilən layihələrdə iştirak və əvəzolunmaz təcrübə qazanmaq fürsətlərini təklif edir.

Layihənin məqsədi rəqəmsal texnologiyalara marağı olan tələbələrə dəstək olmaq və onları telekommunikasiya sahəsinin ən son yenilikləri ilə daha yaxından tanış olmağa dəvət etməkdir. Qeyd edək ki, "Azercell"in "IT-lab" və "Biznes-lab" inkubasiya mərkəzləri 6 aylıq ödənişli təcrübə proqramlarıdır. Əlavə olaraq, təcrübəçilər Azercell tərəfindən həyata keçirilən sosial layihələrdə, müxtəlif təlimlərdə və şirkətin korporativ tədbirlərində iştirak etmək imkanına da malik olacaqlar.

Müraciətlərin qəbulu artıq açıqdır və son qəbul tarixi may ayının 20-dir. Seçim prosesini müvəffəqiyyətlə tamamlayanlar iyul ayının 1-dən şirkətdə təcrübəyə başlayacaqlar.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR