• İQTİSADİYYAT

    13:09 3 iyun 2019

"Azercell" yeni tarif paketlərini abunəçilərin istifadəsinə verib

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” MMC yeni “Sərbəst10”, “Sərbəst15”, “Sərbəst25”, “Sərbəst50” və “Sərbəst75” tarif paketlərini abunəçilərin istifadəsinə verib.

“Azercell”dən ONA-ya verilən məlumata görə, yeni “Sərbəst” tarif paketi internet və danışıq xidmətlərinin aktiv istifadəçilərinə əlverişli qiymətlərdən yararlanaraq, rabitə xərclərinə qənaət və tam rahatlıq əldə etmək imkanı təqdim edir. “Sərbəst” tarif paketi “Azercell” abunəçilərinə bir tarif paketi çərçivəsində pulsuz danışıq dəqiqələri və internet, “WhatsApp”, “Facebook messenger”, “Telegram”, “Viber”, “Twitter” mobil tətbiqləri vasitəsilə pulsuz yazışma imkanı və hətta “Facebook”, “Instagram” və “YouTube” mobil tətbiqlərindən pulsuz istifadə fürsətini təklif edir.

“Sərbəst” tarif paketlərinə qoşulmaq üçün fakturasız xətt abunəçiləri müvafiq açar sözünü 7575 qısa nömrəsinə, fakturalı xətt abunəçiləri isə 650 qısa nömrəsinə göndərə bilərlər.

Qeyd edək ki, “Sərbəst” tarif paketinə ilk dəfə qoşulan Fakturalı Xətt abunəçilərinə 50% endirim təqdim edilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR