• İQTİSADİYYAT

    12:38 21 may 2019

"Azercell" yeni tərəfdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan mobil rabitə operatoru "Azercell Telekom" şirkəti "Optimal Elektronika" MMC ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

"Azercell"dən ONA-ya verilən məlumata görə, sövdələşməyə əsasən operatorun mobil şəbəkəsi üzərindən internet və danışıq xidmətlərindən yararlanmaqla yanaşı, həmçinin "Optimal Elektronika"ya şirkətin yenilənmiş, idarəedilən rəqəmsal marketinq xidmətləri vasitəsilə öz rabitə xərclərinə nəzarət etmək, onları öncədən təyin etmək və eyni zamanda alıcılarına ən yaxşı müştəri təcrübəsini yaşatmaq fürsətini təklif edir.

2Mən bu razılaşmanı şirkətimizin iş planlarına əsasən iş prosesinin sadələşdirilməsi, əməliyyat effektivliyinin artırılması və əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm bir addım kimi görürəm. Mürəkkəbliyin azaldılması bizim inkişaf strategiyamızın əsas hissəsidir. Məhsuldarlığı və effektivliyi davamlı olaraq təkmilləşdirməklə, biz müştərilərin ehtiyaclarını daha yaxşı qarşılaya bilərik. Bizim şirkətimizin gələcək inkişafını dəstəkləmək üçün düzgün rabitə platforması təqdim edən Azercell-lə iş birliyindən məmnunam", - deyə "Optimal Elektronika" şirkətinin direktoru Əhəd Əsgərov bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR