• İQTİSADİYYAT

    14:55 9 iyul 2021

"Azercell"in rəqəmsal xidmətləri "Umico"ya əlavə edilib

Azərbaycanın lider mobil operatoru “Azercell” rəqəmsal xidmətlərini müştəriləri üçün daha da əlçatan edib.

Artıq “Azercell” abunəçiləri “Umico” platforması üzərindən “Azercell”in BluTV, SberZvuk, IVI, Bookmate, NNTV kimi rəqəmsal həllərini aktiv edə bilərlər.

Xidmətdən istifadə qaydası çox sadədir. Bunun üçün öncə “Umico” tətbiqini "App Store” və ya "Play Store”dan yükləmək lazımdır. Daha sonra “Umico”da “Bonunslar” səhifəsinə keçid edib “Azercell - Keşbekli xidmətlər” bölümü seçilməlidir.

Tətbiq vasitəsilə “Azercell”in rəqəmsal həllərinə günlük, həftəlik və aylıq paketlər şəklində qoşulmaq mümkündür. Qeyd edək ki, hazırda xidmət haqqı “Azercell” mobil nömrəsinin balansından tutulur.

“Azercell”in rəqəmsal məhsullar portfeli ilə https://www.azercell.com/az/personal/digital-solutions.html ünvanından tanış olmaq olar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR