“Azərenerji” ASC 2019-cu ilin birinci rübü ərzində 6,151 mlrd. kVt-saat elektrik enerjisi istehsal edib. Bu isə ötən ilin birinci rübü ilə müqayisədə 153 mln. kVt-saat və ya 2,5 % çoxdur.
ONA-ya “Azərenerji”dən verilən xəbərə görə, ötən ilin birinci rübündə ölkədə 5,998 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib.
Bundan başqa, elektik enerjisinin ixracı da ötən ilin birinci rübü ilə müqayisədə artıb. Əgər 2018-ci ilin birinci rübündə qonşu ölkələrə 131 mln. kVt-saat elektrik enerjisi ixrac edilmişdisə, 2019-cu ilin analoji dövründə ixracın həcmi 161 mln. kVt-saat təşkil edib. Bu isə 30 mln. kVt-saat və ya 23% çoxdur.
Bununla yanaşı, 2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin birinci rübündə elektrik enerjisinin istehlakı 3,41% artıb. Ən əsası isə ötən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında istehlak 6,1% çox olub ki, bu da kifayət qədər ciddi artım olmaqla yanaşı, elektrik enerjisinə artan təlabat tempinin getdikcə yüksəldiyini göstərir.