"Azərenerji" və "Azərişıq" bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
  • İQTİSADİYYAT

  • 14:54 19 Mart 2019

"Azərenerji" və "Azərişıq" bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Novruz bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar “Azərenerji” və “Azərişıq” ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb. ONA-ya daxil olan məlumata görə, enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərenerji” və “Azərişıq” ASC-lərin rəhbərliyinin göstərişinə əsasən hər iki səhmdar cəmiyyətin mərkəzi aparatları üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli stansiya və yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək, orta və alçaq gərginlikli bütün ötürücü və paylayıcı elektrik verilişi xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin olunub.

Xeybər Heydərov

Teqlər: "Azərenerji" "Azərişıq"

OXŞAR XƏBƏRLƏR