• İQTİSADİYYAT

    10:40 22 noyabr 2019

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokundan 496 mln. ton neft hasil olunub

İndiyə kimi Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan 496 mln. ton neft hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata əsasən, bu barədə Energetika naziri Pərviz Şahbazov Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı və ABŞ-ın yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə keçirilən “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, AÇG-dən indiyədək 163 mlrd. kub metr qaz hasil edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR