• İQTİSADİYYAT

    11:25 13 mart 2019

“Azericard” və “STEP IT Academy” arasında əməkdaşlığa dair memorandum imzalanıb

“Azericard” və “STEP IT Academy” əməkdaşlıq haqqında memorandum imzalayıblar. ONA-nın məlumatına görə, əməkdaşlığın məqsədi informasiya texnologiyaları sahəsinin və onların təhsilə inteqrasiyasının birgə inkişafı, həmçinin təhsil müəssisələri ilə əməkdaşlıq etməklə “Azericard” şirkətinin gənc ixtisaslı mütəxəssislərlə təmin edilməsində yardım göstərməkdir. Memorandum çərçivəsində birgə əməkdaşlıq gənclərin inkişafı üçün yeni imkanlar açacaq.

Əməkdaşlıq haqqında memorandum “Azəricard” şirkətinin icraçı direktoru Fərid Quliyev və “STEP Kompüter Akademiyası”nın direktoru Aleksey Sleptsov arasında imzalanıb.

Qeyd edək ki, “Azericard” Azərbaycan Beynəlxalq Bankı tərəfindən idarə olunur və “Mastercard”, “Visa” və “American Express” beynəlxalq ödəniş sistemləri tərəfindən tam sertifikatlaşdırılmış ölkənin ilk prosesinq mərkəzidir. Hazırda “Azericard” Azərbaycanda və xaricdə 21 bankı prosesləşdirir. “Azericard” yeni müasir yüksək texnologiyalı layihələrin tətbiqi ilə məşğul olur: məsələn, bankla əlaqəsiz olan mikroprosessor kart vasitəsilə nəqliyyatda ödəniş haqqı, telefon şirkətlərin xidmətlərinin, kommunal xidmətlərin, gömrük rüsumları və vergilərin ödənilməsi, mobil və internet bankçılıq, kartdan karta nağdsız köçürmələr, bankomatlar vasitəsilə sığorta, həmçinin depozitlərin ödənilməsi, müxtəlif loyallıq proqramları, çox valyutalı kartlar və s.

“STEP IT Academy” 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşan beynəlxalq təhsil müəssisəsidir. Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 18 ölkəsində fəaliyyət göstərir. Hazırda Akademiyanın bütün filiallarından 85 min tələbə məzun olub, 30 min tələbə təhsil alır.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR