• İQTİSADİYYAT

    11:12 24 aprel 2019

"Azərikimya": Etilen-Polietilen Zavodu gələn ilin ikinci rübündə istifadəyə veriləcək

SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda aparılan yenidənqurma və modernizasiya işlərinin 80,5%-i yekunlaşıb. ONA-nın məlumatına görə, bunu SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumu çərçivəsində keçirilən Xəzər və Mərkəzi Asiya Regionlarının Emal və Neft-kimya Sənayesi – Layihələr və Texniki Həllər beynəlxalq konfransında çıxış zamanı "Azərikimya"nın baş direktorunun sərmayə və inkişaf üzrə müavini Orxan Cəfərov bildirib.

Onun sözlərinə görə, layihə üzrə mühəndislik işləri 99,8%, satınalma 96,4%, tikinti işləri isə 51% tamamlanıb.

Layihə üzrə bütün tikinti-quraşdırma işlərinin bitməsi 2020-ci ilin birinci rübünə planlaşdırılır.

O. Cəfərov qeyd edib ki, zavodun tam yeni konfiqurasiyada istismara verilməsi 2020-ci ilin ikinci rübündə baş tutacaq.

Aparılan işlər nəticəsində zavod üzrə polietilenin illik istehsalı 192 min tona (100-105 min tondan), propilenin isə istehsalı isə 187 min tona çatdırılacaq (50-55 min tondan).

Emil

Teqlər:

SON XƏBƏRLƏR