SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda aparılan yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması təxminən 500 mln. ABŞ dollarına başa gələcək. ONA-nın məlumatına görə, bunu "Azərikimya"nın baş direktorunun sərmayə və inkişaf üzrə müavini Orxan Cəfərov deyib.
Onun sözlərinə görə, ötən ilin dekabrında layihənin reallaşdırılması üçün "Qazprombank"dan 260 mln. dollar artıq cəlb edilib: “Layihə üçün lazım olan vəsaitin bir hissəsini də təmin etmək üçün hazırda yerli banklarla danışıqlar aparılır”.
Qeyd edək ki, layihə üzrə bütün tikinti-quraşdırma işlərinin bitməsi 2020-ci ilin birinci rübünə planlaşdırılır. Zavodun tam yeni konfiqurasiyada istismara verilməsi 2020-ci ilin ikinci rübündə baş tutacaq. Aparılan işlər nəticəsində zavod üzrə polietilenin illik istehsalı 192 min tona (100-105 min tondan), propilenin isə istehsalı isə 187 min tona çatdırılacaq (50-55 min tondan).