• İQTİSADİYYAT

    15:37 1 aprel 2019

“Azəriqaz” 5260 mənzili qazla təmin edib

“Azəriqaz” İstehsalat Birliyinin çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyəti çərçivəsində 2019-cu ilin yanvar-mart aylarında 5260 ailə qazla təmin edilib.

“Azəriqaz”dan ONA-ya verilən xəbərə görə, qurum yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 5260 ailə yaşayır.

İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edən, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Emil

Teqlər:

SON XƏBƏRLƏR