• İQTİSADİYYAT

    15:37 6 may 2019

"Azəriqaz" bu il "ASAN xidmət" vasitəsilə 112 mindən çox istehlakçıya xidmət göstərib

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Azəriqaz"dan ONA-ya verilən məlumata görə, cari ilin ilk dörd ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN Kommunal", 4, 5 saylı "ASAN xidmət" mərkəzlərinə və "Səyyar ASAN" xidmətinə, bundan əlavə Bərdə, Sabirabad,İmişli,Masallı, Qəbələ, Quba, Mingəçevir,Şəki həmçinin Gəncə şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərinə ümumilikdə 112 446 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Emil

Teqlər:

SON XƏBƏRLƏR