• İQTİSADİYYAT

    12:35 3 may 2019

"Azəriqaz"ın baş direktoru: "Nöqsanlar qısa zaman ərzində aradan qaldırılacaq"

Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin “Azəriqaz” İstehsalat Birliyi ilə bağlı bildirdiyi haqlı iradlarının aradan qaldırılması istiqamətində işlər aparılır və qısa zaman ərzində həmin nöqsanlar aradan qaldırılacaq. ONA-nın məlumatına görə, bunu “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda “Azəriqaz” İB-də qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər proqramı işlənilir. Həmin tədbirlər proqramına uyğun olaraq bütün nöqsanlar aradan qaldırılacaqdır.

“Bununla əlaqədar olaraq qaz təchizatı üzrə abonentlərdən daxil olan müraciətlərin obyektiv araşdırılması və operativ həlli ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi və Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə İşçi Qrupu yaradılıb. Yaradılan İşçi Qrupu tərəfindən abonentlərdən daxil olan müraciətlərin ciddi təhlil olunması, araşdırılması və həlli istiqamətində abonentlərin özlərinin iştirakı ilə davamlı tədbirlər görəcəklər”, - deyə Ə. Hacıyev bildirib.

“Azəriqaz”ın rəsmisi onu da əlavə edib ki, abonentlərin sayının və istehlakçıların sayının artması qaz təchizatında təzyiqin aşağı düşməsinə və bəzi hallarda fasilələrin yaranmasına səbəb olur: “Bu kimi halların qarşısının alınması istiqamətdə respublika ərazisində ciddi işlərin aparılması planlaşdırılır. Belə ki, ilk öncə istismar müddətini başa vurmuş qaz tənzimləyici avadanlıqlar, qurğular, o cümlədən də qaz xətləri yeniləri ilə əvəzlənməsi, artan qaz tələbatı ilə əlaqədar kiçik diametrli boruların böyük diametrli müasir standartlara cavab verən polietilen yeraltı qaz xətləri ilə əvəz olunması, eləcə də yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində şəbəkənin qurulmasının “bir pilləli” tənzimləmə sistemi əsasında aparılmasıdır ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə, istehlakçılara verilən qazın sabit və texnoloji rejimdə saxlanılmasına zəmin yaradacaq”.

Emil

Teqlər:

SON XƏBƏRLƏR